• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2174
— 03.11.2021 20:36

Şəhid müəllimlərin xatirəsinə flaşmob keçirilib

KepezTV Player

Gəncədə Zəfər günü ilə bağlı 14 nömrəli orta məktəbin riyaziyyat müəllimi Rabil İsmayılov və 16 nömrəli orta məktəbin tarix müəllimi Rəşad Məmmədovun əziz xatirəsinə həsr olunan flaşmob keçirilib.  Flaşmob Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Təhsil idarəsi tərəfindən şəhərin baş meydanında təşkil edilib.  Flaşmobda şəhərin orta məktəblərindən 1200-ə yaxın şagird və müəllim iştirak edib. İştirakçılar təyin oluan yerlərdə dayanaraq iki əsgər obrazı və Zəfər sözlərini canlı olaraq nümayiş etdiriblər. Bu tədbir Zəfər günü ilə bağlı şəhər təhsil idarəsi tərəfindən keçirilən silsilə tədbirlərin davamıdır.