• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1641
— 03.11.2021 20:29

İstilik qiymətlərində artım olmayacaq

KepezTV Player

İstilik mövsümünün başlaması ilə əlaqədar istilik qiymətlərində dəyişiklik edilib-edilməyəcəyi məsələsinə aydınlıq gətirilib. “Azəristiliktəchizat”ın şöbə rəisi Rafiq Əliyevin sözlərinə görə, istilik qiymətlərinin artırılması nəzərdə tutulmayıb. Hazırda əhali qrupu üzrə 1 kvadrat metr yaşayış sahəsi üzrə aylıq tarif 15 qəpik, qeyri-əhali qrupu üzrə 1 kub isidilən həcm üçün aylıq 25 qəpik, 1 qiqakalori üçün isə 30 manatdır. Dağlıq və dağətəyi rayonlarda noyabrın 1-dən istilik mövsümü başlayıb. Digər rayonlarda isə istilik noyabrın 15-dən veriləcək.