• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2051
— 03.11.2021 20:35

Şəhidlərin ruhu hörmətlə anılıb

KepezTV Player

Gəncə Dövlət Universtetində Zəfər günü ilə bağlı tədbir keçirilib. Tədbirdə şəhər rəhbəri eləcədə Türkiyənin Gəncədəki baş konsulu və müəllim, tələbələr iştirak edib. Çıxışlarda 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusunun  “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başlanmasından danışılıb. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyaraq ərazi bütövlüyümüzün bərpası ilə nəticələnib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan möhtəşəm qələbə tariximizə qızıl hərflərlə yazılıb.Vətən müharibəsi ilə ali baş komandan, güclü ordu və xalqımızın birliyi ilə biz qalib ölkənin qalib vətəndaşları olduq.

İkinci Qarabağ müharibəsində Gəncə Dövlət Unuverstetinin 26 məzunu şəhid və 34 nəfəri qazi olub. Tədbirdə universtetin tələbələri tərəfindən vətənə, torpağa həsr olunan mahnılar səsləndikdən sonra 44 günlük vətən müharibəsində universtetin şəhid müəllimləri və qazilər üçün yaradılan güşənin açılışı olub. Şəhidlərin ruhu hörmətlə anılıb, qazilərə can sağlı arzulanıb.