KepezTV Player
Ölkəmizdə səfərdə olan Estoniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Sven Sesterin rəhbərlik etdiyi nümayəndə heyəti Ermənistanın işğalından azad olunmuş Ağdam şəhərinə gedib.
Səfər çərçivəsində Ağdamda Ermənistan tərəfindən işğal dövründə dağıdılmış yaşayış binalarına, mülki obyektlərə, dini, mədəni və tarixi abidələrə, o cümlədən İmarət kompleksinə, Ağdam Cümə məscidinə, Dram teatrının və Çörək muzeyinin binalarının qalıqlarına və yerlə-yeksan edilmiş Şəhidlər xiyabanına baxış keçirilib. Ağdam şəhərinin Baş planı ilə tanış olan qonaqlara həyata keçiriləcək quruculuq işləri barədə də ətraflı məlumat verilib.
- Baxış: 250