• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1380
— 03.11.2021 20:30

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin dünyada nüfuzunun artdığı vurğulanıb

KepezTV Player

Forum beynəlxalq əməkdaşlığa töhfə verəcək

Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri Vayra Vike-Freyberqanı və İsmail Serageldini, keçmiş dövlət və hökumət başçılarını, Mərkəzin İdarə Heyətinin üzvlərini qəbul edib. 44 günlük Vətən müharibəsi zamanı Mərkəzin İdarə Heyəti üzvlərinin Azərbaycanın ədalətli mövqeyini dəstəkləyən çoxsaylı bəyanatlarla çıxış etdikləri qeyd edilib. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin beynəlxalq təsisat kimi dünyada rolunun və nüfuzunun artması xüsusi vurğulanıb. Diqqətə çatdırılıb ki, noyabrın 4-dən 6-dək “COVID-19-dan sonrakı dünya” adı altında keçiriləcək VIII Qlobal Bakı Forumu çərçivəsində Mərkəzin İdarə Heyətinin üzvləri və digər iştirakçılar Azərbaycanın mədəniyyət paytaxtı Şuşaya səfər edəcəklər.

Səmərəli əməkdaşlıqdan məmnunluq ifadə olunub

Dövlət başçısı Xorvatiya Respublikasının sabiq Prezidenti Kolinda Qrabar-Kitaroviçi də qəbul edib. Forumun beynəlxalq əməkdaşlığa töhfə verəcəyi vurğulanıb. Səudiyyə Ərəbistanının Kral Faysal Araşdırma və İslami Tədqiqatlar Mərkəzinin İdarə Şurasının sədri Turki Al Faysalla görüşdə Səudiyyə Ərəbistanının Kral Faysal Araşdırma və İslami Tədqiqatlar Mərkəzinin ölkəmizin müvafiq qurumları ilə səmərəli əməkdaşlığından məmnunluq ifadə olunub.