Son rəhbər dəyişikliklərdən sonra Gəncə Futbol Veteranları Birliyinin ilk toplantısı keçirilib. Tədbirdə Milli Məclisin Gənclər və İdman Komitəsinin üzvü, deputat Müşfiq Cəfərov, “Kəpəz” Peşəkar Futbol Klubunun İdarə Heyətinin üzvü Həmid Nəsirov və veteran futbolçular iştirak edib. Yığıncaqda Gəncə futbolundakı mövcud problemlərdən danışılıb, həlli yolunda təklif və tövsiyələr dinlənilib. Gəncə Futbol Veteranları Birliyinin ofisinin olmaması, veteranların işlə təmin edilməsi, Konstantin Abramenkonun məşq keçdiyi “Lokomotiv” meydançasının bərpası və orada muzeyin yaradılması, eləcə də son zamanlar ölkənin ikinci böyük şəhərində uşaq futbolundakı çatışmazlıqlar əsas müzakirə mövzuları olub. Rəsmilər səsləndirilən fikirlərə münasibət bildirərək sadalanan təklif və problemləri aidiyyatı qurumlara çatdıracaqlarını bildiriblər.
- Baxış: 454