KepezTV Player
Bir ildə 27 minə yaxın mina və PHS tapılıb
ANAMA işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə aylıq məlumatı açıqlayıb.
Oktyabr ayı ərzində 338 piyada əleyhinə, 154 tank əleyhinə mina və 1389 Partlamamış Hərbi Sursat aşkarlanıb.408 ha ərazi mina və PHS-dən təmizlənib.
Minatəmizləmə Agentliyi azad olunan ərazilərdə 2020-ci il noyabrın 10-dan 2021-ci il oktyabrın 31-ə qədər icra olunan minatəmizləmə əməliyyatları barədə məlumatı da açıqlayıb. Həmin dövrdə Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 10200 piyada əleyhinə mina, 4329 tank əleyhinə mina və 12436 Partlamamış Hərbi Sursat aşkar olunub.İndiyə qədər 5944 hektar ərazi mina və PHS-lərdən təmizlənib.
- Baxış: 296