• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2110
— 29.10.2021 20:31

Türkiyənin cümhuriyyət olmasından 98 il ötür

KepezTV Player

Gəncədə Türkiyə Respublikasının yaranmasın 98-ci ildönümü qeyd edilib. Baş konsul Zəki Öztürk Cümhuriyyətin yaradılmasından ötən 98 ildə həm daxili, həm xarici düşmələrin hücumlarına, təhdidlərinə məruz qalan Türkiyənin, onlara qarşı böyük müqavimət göstərərək bütün çətinlikləri geridə qoyduğuna diqqət çəkib. Getdikdə daha da güclənən Türkiyə təhdidlərə qarşı hər cür yolları, strategiyaları inkişaf etdirərək bu günlərə gəlib çıxıb, regional gücə və qlobal aktora çevrilib.Azərbaycan ilə Türkiyə arasında uzun illərin sınağından çıxan dostluq və qardaşlıq münasibətlərindən danışıb. Baş konsulTürkiyənin qardaş Azərbaycanla “Bir millət, iki dövlət” fəlsəfəsinə və Şuşa Bəyannaməsinin hədəflərinə uyğun şəkildə münasibətlərinin daha da dərinləşdirilməsi, genişləndirilməsi üçün böyük səylə çalışdığını sözlərinə əlavə edib. Çıxışlarda ikinci Qarabağ müharibəsindən sonra Azərbaycanla Türkiyənin birgə səyləri ilə bölgənin geosiyasi mənzərəsini dəyişən və ona yeni çalarlar gətirən layihələrin planlı şəkildə və əzmlə həyata keçirildiyi vurğulanıb.