• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1154
— 29.10.2021 12:19

"Nizami ili" çərçivəsində konsert olub

KepezTV Player

Gəncə Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə Uşaq İncəsənət Məktəbi “Nizami 880” adlı ədəbi-bədii musiqili kompozisiya nümayiş etdirib. Prezident İlham Əliyev tərəfindən 2021-ci ilin “Nizami Gəncəvi İli” elan etməsindən irəli gələrək reallaşan tədbirdə Nizaminin Azərbaycan ədəbiyyatına 5 böyük poema bəxş elədiyi vurğulanıb. Şairin poemalarında ədalət, məhəbbət, insana hörmətin öz əksini tapdığı önə çəkilib. Tədbirdə Nizami Gəncəvinin sözlərinə yazılan bəsətələr səsləndirib, şerlər söylənilib.  Həmçinin Uşaq İncəsənət Məktəbinin  “Gəncə qönçələri” rəqs ansanbılının çıxışı olub.