• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 752
— 29.10.2021 12:08

DİM I ixtisas qrupu ilə bağlı açıqlama yaydı

KepezTV Player

Dövlət İmtahan Mərkəzi 2023-cü ildə I ixtisas qrupu üzrə ali məktəblərin informatika yönümlü ixtisaslarına qəbul olmaq istəyən abituriyentlərə müraciət edib. 2023/2024-cü tədris ili üçün keçiriləcək qəbul kampaniyası çərçivəsində I qrup üzrə informatika yönümlü ixtisasların müsabiqəsində iştirak etmək istəyən abituriyentlər imtahanın II mərhələsində riyaziyyat və fizika ilə yanaşı, informatika fənnindən imtahan verəcəklər. Digər mühəndislik ixtisasların müsabiqəsində iştirak etmək istəyən abituriyentlər isə kimya fənnindən imtahana girəcəklər. Bütün ixtisaslar üzrə müsabiqədə iştirak etmək istəyənlər isə II mərhələdə riyaziyyat, fizika və kimya fənləri üzrə imtahan verdikdən sonra əlavə olaraq informatika fənnindən fərq imtahanı verəcəklər.