• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 677
— 28.10.2021 19:25

"Beynəlxalq zəfər düşərgəsi" təşkil olunub

KepezTV Player

Azərbaycan və Türkiyə gənclərinin iştirakı ilə Türkiyənin Qaziantep şəhərində “Beynəlxalq zəfər düşərgəsi" təşkil olunub. Layihə iştirakçıları Türkiyənin cənubunda yerləşən bir neçə şəhəri özləri üçün kəşf ediblər. Sözügedən tədbirdə televiziyamızın əməkdaşı Valeh Anaroğlu da iştirak edib. Gətirək həmin videomaterialı ekranlara.

Düşərgə Azərbaycan Respublikasının Gənclər Fondu, Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu, Türkiyə Gənclik Vəqfinin birgə təşkilatçılığı ilə keçirilib. Məqsəd hər iki ölkə gənclərinin əməkdaşlığının daha da inkişaf etdirilməsi, həyata keçirilən ortaq layihələrin və tədbirlərin sayını artırmaqdır. Açılış mərasimində çıxış edənlər Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və şanlı ordumuzun şücaəti ilə Vətən müharibəsində qazanılan zəfərdən söz açıblar. Tarixi qələbənin qazanılmasında qardaş Türkiyə dövlətinin və rəsmilərinin göstərdiyi siyasi və mənəvi dəstəyindən söz açıblar.

Azərbaycan və Türkiyə mədəniyyətinin, tarixinin gənclər arasında təbliği, Vətən müharibəsində qazanılan Zəfərin iki ölkənin gəncləri arasında təbliğ olunması layihədə əsas olaraq götürülüb. Düşərgə müddətində iştirakçılar ortaq mədəniyyətin öyrənilməsi, gənclərin hər iki ölkənin tarixi haqqında maarifləndirilməsi ilə əlaqədar Urfa şəhərinə, Qaziantepin müxtəlif tarixi abidələrinə və turizm məkanlarına səfər ediblər.

Türkiyə və Azərbaycanın müxtəlif bölgələrindən olan, hər iki ölkədən 100 iştirakçı olmaqla, ümumilikdə 200 gənci əhatə edən düşərgə 5 gün davam edib. Hər iki ölkənin Gənclər Fondu tərəfindən gələcəkdə də irimiqyaslı düşərgə və layihələrin icrası planlaşdırılır.

 

Valeh Anaroğlu