• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2318
— 28.10.2021 19:39

Sənət məbədindən yadigar sonuncu sütun

KepezTV Player

Torpaqlarımız işğaldan azad olunduqdan sonra erməni vəhşiliyinin daha çox şahidi oluruq. Azərbaycanın illər boyu işğal altında saxlanılan bütün ərazilərində olduğu kimi, Ağdamda da mədəniyyət ocaqları tamamilə dağıdılıb. Şəhərdə yerləşən Əbdürrəhim bəy Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrı yararsız hala salınıb. Qarabağ mədəniyyətinin nümunələrindən biri hesab edilən teatrdan, o sənət məbədindən nişan olaraq cəmi bir sütün qalıb.

Bu onu göstərir ki, ermənilər təkcə Azərbaycana yox, bəşəriyyətə, dünya mədəniyyətinə qarşı vəhşilik, cinayət ediblər. İnsanlığa sığmayan şəkildə mədəni-tarixi abidələrin dağıdılmasına, dünyanın ən qədim və gözəl yaradıcılıq sahələrindən biri olan teatrın məhv edilməsinə ayrı ad vermək mümkün deyil.

Bir əsrdən çox yaşı olan Ağdam teatrı yerli ziyalıların və tanınmış dramaturq, teatr xadimi Əbdürrəhim bəy Haqverdiyevin köməkliyi və yaxından iştirakı ilə yaradılıb.

Müharibənin alovlanması ilə Ağdam teatrının da ağrılı günləri bir-birini əvəz etməyə başlayıb. Ağdamın Ermənistan ordusu tərəfindən işğalından sonra məcburi köçkün rayonun müəssisəsi kimi çətin şəraitdə fəaliyyətini davam etdirib. Teatrın yaradıcı kollektivi iş yerlərini dəyişmək məcburiyyətində qalıb.

Hələlik isə teatrın kollektivi sənət məbədindən acı xatirə qalan “Sonuncu sütun”un qarşısında tamaşa oynamaqla yaşananlara baxmayaraq dünyaya sənət ölməyib, teatr yaşayır mesajını verib. Şərqdə ilk peşəkar teatrın yaradılış məkanı sayılan ölkədən, Ağdamdan...