• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 769
— 28.10.2021 12:32

Bərdədə yaşanan dəhşətin ildönümüdür

KepezTV Player

Bu gün ermənilərin Bərdədə mülki şəxslərə ikinci xain hücumundan bir il ötür. 2020-ci il oktyabrın 28-də saat 13 radələrində Ermənistan Silahlı Qüvvələrinin bölmələri cəbhə xəttindən uzaqda yerləşən Bərdə şəhərinə dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kasetli bombalardan istifadə etməklə zərbələr endirib.

Bərdə şəhərinə hər birinin içərisində 72 ədəd 9N235 saylı, ümumilikdə 144 bombacıq olan “Smerç” tipli əməliyyat-taktiki təyinatlı, böyük dağıdıcı qüvvəyə malik ballistik “claster” tipli 2 ədəd raket zərbəsi endirilib. Ermənilərin törətdikləri bu terror hadisəsi nəticəsində 5-i qadın olmaqla, 21 nəfər həlak olub, 8-i uşaq, 15-i qadın olmaqla 70 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.Raket zərbələrinin təsirindən 30-dan artıq mülki infrastruktur obyektinə, dinc sakinlərə məxsus 20-dən artıq fərdi yaşayış evlinə və 22 nəqliyyat vasitəsinə xüsusilə külli miqdarda ziyan dəyib.