• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 885
— 28.10.2021 12:39

Vətən müharibəsinin xronikası: 28 oktyabr

KepezTV Player

Bir il öncə, senyabrın 27-si başlayan Vətən müharibəsinin 32-ci günü ordumuzun keçirdiyi əks hücum əməliyyatları nəticəsində düşmənin xeyli sayda canlı qüvvəsi və texnikası məhv edilib. Ermənistan SQ-i Tərtər, Goranboy, Ağcabədi,Tovuz, Gədəbəy, Daşkəsən eləcə də Qubadlı rayonlarının ərazilerinə artilleriya zərbələri endirib.

Prezident İlham Əliyev şəxsi "Twitter" səhifəsində Zəngilan rayonunun Birinci Ağalı, İkinci Ağalı, Üçüncü Ağalı, Zərnəli, Füzuli rayonunun Mandılı kəndi, Cəbrayıl rayonunun Qazanzəmi, Xanağabulaq, Çüllü, Quşçular, Qaraağac, Qubadlı rayonunun Qiyaslı, Əbilcə, Qilican kəndlərinin işğaldan azad edildiyini açıqlayıb.