• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1622
— 27.10.2021 20:02

Hamilə qadınlara COVİD- 19 vaksini vurula bilərmi?

KepezTV Player

Hamiləlik fizioloji olaraq immun sisteminin zəiflədiyi dövrdür. Bu səbəbdən hər hansı bir bakteriya və ya virusa hamilələr daha tez yoluxur və ağır keçirirlər. Bu sırada Covid-19 istisna deyil. Hamilə qadınların koronavirusa yoluxma ehtimalı digər əhali qrupu ilə müqayisədə yüksək olmasa da, araşdırmalar onun nəticələrinin daha ciddi olduğunu ortaya qoyur. Bu səbəbdən risk qrupuna daxil olan hamilə qadınlara Payzer vaksini ilə peyvənd olunmaq tövsiyə edilir.

Avqustda ÜST tərəfindən tətbiq olunan yeni protokolda qadınların hamiləliyinin 12-ci həftəsindən sonra vaksinasiyası tövsiyyə olunub. Hesab olunur ki, hamilə qadının xəstəliyi keçirməsi ilə vaksin olunması müqayisə edildikdə, xəstəliyə yoluxması özü və bətnindəki döl üçün daha təhlükəlidir.

ABŞ Xəstəliklərə Nəzarət Mərkəzlərinin 2021-ci il tarixində dərc etdiyi hesabatda COVID-19-a yoluxan hamilə qadınların sayının son bir neçə ayda artdığı bildirilir. Delta variantının daha yoluxucu olması və hamilə qadınlarda ağır xəstəlik riskinin yüksək olması, ancaq qorxuya görə peyvəndlənmənin aşağı olması bu artımın əsas səbəblərindən biri olaraq hesab edilib.

Hamiləliyə bağlı piylənmə, diabet, böyrək, qaraciyər və xroniki xəstəlikləri olan qadınların COVID-19-dan ciddi ağırlaşmalarla üzləşmə riski daha yüksəkdir.

Son aylar ərzində yeni ştamların ortaya çıxması koronavirusun ölüm yaşının daha da gəncləşməsi və hamilələrdən də yan keçmədiyini göstərir. odur ki, peyvənd olunmanın vacibliyi bir daha gündəmə gəlir.