• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1815
— 27.10.2021 16:23

Şəhid müəllimlərin xatirəsinə olimpiada keçirilib

KepezTV Player

Gəncənin orta məktəblərinin şəhid müəllimlərinin xatirəsinə həsr olunan riyaziyyat və tarix fənnlərindən olimpiada keçirilib. Olimpiada şəhərin 14 nömrəli orta məktəbin riyaziyat müəllmi şəhid Rabil İsmayılov və 16 nömrəli orta məktəbin tarix müəllimi şəhid Rəşad Məmmədovun xatirəsinə həsr edilib. Şəhər Təhsil İdarəsi tərəfindən keçirilən bilik yarışı 7-8-ci sinif şagirdləri arasında təşkil edilib. Riyaziyyat fənni üzrə 347, tarix fənnindən  isə 666 şagird öz biliklərini nümayiş etdiriblər. İştirakçılar riyaziyyatdan 60, tarix fənnindən isə 90 dəqiqə ərzində təqdim olunan 20 sualı cavablandırıblar. Olimpiadanın şəhər mərhələsi oktyabırın 30 şəhid müəllimlərin dərs dediklər orta məktəblərdə keçiriləcək. Qalib gələn şagirdlər noyabırın 5-də Zəfər gününə həsr edilən  tədbirdə mükafatlandırılacaqlar.