KepezTV Player
ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqer Gəncəyə səfəri çərçivəsində Nizami Gəncəvinin məqbərəsini ziyarət edib. Burada səfirə dahi şairin zəngin ədəbi irsi barədə ətraflı məlumat verilib. Səfir jurnalistlərlə söhbətində qeyd edib ki, Gəncənin ən qürurverici övladlarından biri Nizami Gəncəvin abidəsini ziyarət etdiyi üçün şaddır. Görkəmli şairin yalnız Azərbaycan ədəbiyyatına deyil, dünya ədəbiyyatına da töhfələr verdiyini dilə gətirən Li Litzenberger iqtisadi əməkdaşlıqla bağlı məsələlərə də toxunub
- Baxış: 310