• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1478
— 27.10.2021 12:16

İnsan alverinə qarşı təlimlərə başlanılıb

KepezTV Player

Gəncədə Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyinin insan alveri qurbanlarının müəyyən edilməsi üzrə təlimləri başlayıb. Nümayəndəliyin rəhbəri Vladimir Qyorqiyev və ABŞ-ın ölkəmizdəki səfiri Li Litzenberqer 3 günlük seminarın açılış günündə çıxış ediblər. Təlim Birləşmiş Ştatların Beynəlxalq İnkişaf Agentliyi tərəfindən maliyyələşdirilən “İnsan Alverinə qarşı Mübarizə üzrə Fəaliyyət” layihəsi çərçivəsində təşkil olunub. Gəncə, Şəmkir, Tovuz rayonlarının polis bölmələrinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli nümayəndəliklərinin və sosial xidmət sahəsində çalışan qeyri-hökümət təşkilatlarının nümayəndələri təlimdə iştirak edir.

Vladimir Qyorqiyev - BMqT-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri: İnsan alverinə qarşı mübarizə ilə bağlı maarifləndirmə və məlumatlandırma işləri aparmalıyıq. Milli fəaliyyət planında da Azərbaycana dəstəyimizi davam etdirəcəyik. Milli maraqlar baxımından bu məsələyə daim həssaslıqla yanaşılıb. Bu göstərir ki, Azərbaycan beynəlxalq standartları öz qanunvericiliyinə tətbiq etmək istiqamətində işlər görür. Azərbaycanla əməkdaşlıq bir çox istiqamətlərdədir. Ümid edirəm ki, bu seminarlar səmərəli, effektiv işlər görməyə imkan yaradacaq.