• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1541
— 26.10.2021 20:45

Qarabağın hava qapısı dünyaya açıldı

KepezTV Player

Qarabağın hava qapısı, Füzuli beynəlxalq hava limanı rəsmən istifadəyə verilib. Aeroporta ilk eniş edən təyyarənin qardaş ölkə Türkiyə prezidentininki olması isə böyük əhəmiyyət daşıyır. Rəcəb Tayyib Ərdoğanın Azərbaycana reallaşan işgüzar səfərinin işğaldan azad edilən ərazilərdən başlaması qardaşlığının, dostluğunun, həmrəyliyinin əbədi olacağı barədə verilən qəti mesajdır. Qarabağa hava qapısı sayılan aeroportun dövlət başçılarına təqdim edilən açarları rəmzi məna kəsb etsə də, bu Qarabağın, bölgənin inkişafı üçün nəzərdə tutulan hədəflərin gerçəkləşdiyinə işarədir. Füzuli Beynəlxalq Hava limanı Azərbaycanın və onun ayrılmaz bir parçası olan Qarabağın regional və subregional hab statusunu daha da möhkəmləndirir, qlobal geoiqtisadi proseslərdə Azərbaycan və Türkiyənin fəal iştirakları üçün yeni imkanlar açır.İşğüzar səfər çərçivəsində Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda tikinti işlərinin gedişi ilə tanışlıq, eləcə də Zəngəzur dəhlizinin tərkib hissəsi olan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməlinin qoyulması Azərbaycan və Türkiyənin bundan sonra da çiyin-çiyinə dayanaraq, gələcək hədəflərinə doğru qətiyyətlə addımlayacaqlarından xəbər verir. Elə dövlət başçılarının baş tutan görüşündə də iki ölkə arasındakı münasibətlərin daha da dərinləşdirilməsi istiqamətində atılacaq addımlar nəzərdən keçirilib.