• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1286
— 25.10.2021 12:13

Avtoxuliqanlıq edən şəxslər həbs olunublar

KepezTV Player

Oktyabrın 20-də axşam saatlarında Şəmkir rayon İrmaşlı kənd sakini Vasif Mirzəoğlu dostu və həmkəndlisi Sənan Tağıyevə məxsus “VAZ” markalı avtomobillə toy mərasimində spirtli içki qəbul etdikdən sonra rayon ərazsində avtoxuliqanlıq edib və bununla da vətəndaşların haqlı narazılığına səbəb olub. Sürücülük hüququ olmadan avtombil idarə edən Mirzəoğlu polis əməkdaşları tərəfindən saxlanılan zaman avtomobildə olan sərnişinlər - Elmar Adıgözəlov, Sənan Tağıyev və Qismət Hüseynov sərxoş halda polisin qanuni tələblərinə tabe olmayıb, nalayiq ifadələr işlədərək ictimai xuliqanlıq ediblər. Saxlanılaraq Polis Şöbəsinə gətirilən həmin şəxslər barəsində protokollar tərtib edilib və rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə onlar inzibati qaydada həbs ediliblər.