• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1064
— 21.10.2021 15:09

Qəbiristanlıqda ara yollar asfaltlanacaq

KepezTV Player

Gəncənin “İmamzadə” ziyarətgahında ümumşəhər iməcliyi keçirilib. Şəhər İcra Hakimiyyətinin və Kəpəz Bələdiyyəsinin təşkilatçılığı, Gəncə İctimai İştirakçılıq Məclisinin təşəbbüsü ilə ziyarətgahın ərazisində yerləşən qəbirstanlıqda təmizlik və abadlıq işləri görülüb. Buradakı məzarların ətrafı qurumuş alaq otlarından təmizlənib, daş, qum və torpaq qalıqları yığılaraq ərazidən kənarlaşdırılıb. Üç saat davam edən iməclik zamanı məzarlıq ərazisində olan ağac və gül kollarına aqrotexniki qulluq göstərilib. 500-ə yaxın insanın qatıldığı işlərə könüllülərlə yanaşı Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin xeyli sayda canlı qüvvəsi və texnikası da cəlb olunub. Ərazisi 53 hektar olan qəbirstanlıqda ara yolların asfaltlanması da görüləcək tədbirlər sırasındadır.