• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1354
— 21.10.2021 15:23

Yol polisi sürücüləri yoxladı

KepezTV Player

Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən COVİD-19 pandemiyası ilə əlaqədar olaraq növbəti dəfə reyd keçirilib. Yoxlamalar əhalinin daha çox istifadə etdiyi ictimai nəqliyyat və taksilərin sürücülərinə qarşı təşkil olunub. Şəhərin müxtəlif istiqamətlərində sükan sahiblərinin koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə verilən göstərişlərə əməl etmələrinə diqqət yetirilib. Asayiş keşikçiləri tərəfindən nəqliyyat vasitələrini idarə edənlərə tibbi maskadan istifadə etməyin zəruri olması izah olunub, eləcə də sürücülərdən COVID-19 pasportu və ya COVID-19-a qarşı immunitet sertifikatı tələb olunub. Reyddə əksər sükan sahiblərinin qaydalara riayət etmələri müşahidə olunsa da, qanunu pozanlar da aşkarlanıb. Buna görə 15-ə yaxın sürücü barəsində inzibati xətalar məcəlləsinin müvafiq maddəsi ilə prokol tərtib edilərək cərimələnib.