• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2019
— 21.10.2021 12:13

5 sinif distant təhsilə keçib

KepezTV Player

Gəncənin 45 ümumtəhsil məktəbi üzrə 74 nəfər müəllim və texniki işçi koronavirusa yoluxub. Hazırda həmin şəxlərin müalicələri davam etdirilir.  Bundan başqa, 72 şagirdin də koronavirus testi pozitiv çıxdığı üçün dərsə gəlmir. Gəncə Şəhər Təhsil İdarəsindən Kəpəz televiziyasına verilən məlumata görə, 5 təhsil müəssisəsində - 4, 18, 24, 29 və 31 nömrəli məktəblərdə 5 ibtidai sinif distant təhsilə keçib. Hazırda şəhərin orta təhsil ocaqlarında pandemiya qaydalarına riayət olunur. Şagirdlər məktəbə daxil olmamışdan öncə hərarətləri yoxlanılır, əlləri dezinfeksiya olunur. Həmçinin müəllimlər dərs zamanı tibbi maskadan istifadə edirlər.