• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 905
— 21.10.2021 12:10

Mincivan qəsəbəsinin işğaldan azad olunmasından 1 il ötür

KepezTV Player

Bir il öncə, senyabrın 27-i başlayan Vətən müharibəsinin 25-cü günü Prezident İlham Əliyev Füzulinin Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər, Cəbrayılın Balyand, Papı, Tulus, Hacılı, Tinli kəndlərinin, Zəngilanın Mincivan qəsəbəsi, Xurama, Xumarlı, Sarıl, Babaylı, Üçüncü Ağalı, Hacallı, Qıraq Müşlan, Üdgün, İçəri Müşlan, Məlikli, Cahangirbəyli, Turabad, Baharlı kəndlərinin işğaldan azad edildiyini açıqlayıb. **Ordumuzun şücaəti nəticəsində cəbhənin müxtəlif istiqamətində ermənilərin xeyli sayda canlı qüvvəsi və texnikası məhv edilib. Düşmən Cəbrayıl və Qubadlı istiqamətlərində geri çəkilməyə məcbur edilib. 556-cı alayın taboru, 5-ci dağatıcı alayın artilleriya rəisi, artilleriya divizion komandiri, 4-cü taborunun komandiri şəxsi heyətlə birgə yox edilib.  Ermənilərə məxsus 6 PUA da sıradan çıxarılıb.