• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 898
— 20.10.2021 20:43

Narkotik satmaqda şübhəli bilinən şəxs saxlanılıb

KepezTV Player

Gəncədə narkotik satmaqda və oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar. Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq satış məqsədi ilə narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakini, Şahin Fətullayev saxlanılıb. Üzərindən 13 ədəd ayrı-ayrı sellofan bükümlərdə metamfetamin və 9 ədəd sellofan bükümdə heroin aşkar edilərək götürülüb. Götürülən maddi sübutlar ekspertizaya təqdim edilib, faktla bağlı araşdırmalar davam etdirilir.

Oğurluq edərək ziyan vurdu

Bundan başqa, İdarə əməkdaşlarının keçirdikləri digər bir əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində silsilə oğurluq hadisələri törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.Araşdırmalar zamanı məlum olub ki, şəhər sakini, əvvəllər məhkum olunmuş Mayıl Məmmədov cari və ötən ilin müxtəlif vaxtlarında vətəndaşlara məxsus evlərə qeyri-qanuni yolla daxil olaraq ümumi dəyəri 9 000 manat olan qızıl-zinət əşyalarını, məişət və elektrik avadanlıqlarını oğurlayıb.