• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 899
— 20.10.2021 20:38

İran yerli şirkətlərinə Qarabağa qanunsuz yük daşımağı qadağan etdi

KepezTV Player

İran vətəndaşları və yük maşınları Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşmalı və Ermənistan vasitəsi ilə Azərbaycanın Laçın şəhəri və Qarabağ bölgəsinə getməməlidirlər.Trend-in məlumatına görə, bu, İranın Yol və Nəqliyyat Təşkilatının İslam Respublikasının beynəlxalq nəqliyyat şirkətlərinə ünvanladığı məktubda qeyd olunub. Bildirilir ki, Azərbaycan qanunlarına əsasən təyin olunan rəsmi sərhəd keçidlərindən kənar əcnəbi ölkələrin vətəndaşlarının bu ölkəyə girişi Azərbaycan sərhədlərinin pozulması hesab olunur və buna görə həmin şəxslər məsuliyyət daşıyır.Məktubda, həmçinin qeyd olunur ki, İranın beynəlxalq nəqliyyat şirkətləri Azərbaycanın Qarabağ bölgəsi ilə istənilən ticarət müqaviləsi imzalamasınlar, yükdaşıma ilə bağlı sənədlər hazırlamasınlar, məhsullar daşımasınlar.