• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2224
— 20.10.2021 20:24

Prezident və birinci xanım Zəngilanda

KepezTV Player

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan rayonunda səfərdə olublar. Dövlət başçısı və birinci xanım rayonun Ağalı kəndində həyata keçirilən “Ağıllı kənd” layihəsi çərçivəsində görülən işlərlə, Zəngilan Beynəlxalq Hava Limanının tikintisi ilə, Dövlət Sərhəd Xidmətinin Zəngilan rayonunda yerləşən hərbi hissə kompleksində yaradılan şəraitlə tanış olublar. Eləcə də “Azərişıq” ASC-nin Zəngilan Rəqəmsal Yarımstansiyasının təməlqoyma mərasimində və “Zəngilan” yarımstansiyasının açılışında iştirak ediblər.Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüblər. Dövlət başçısı deyib ki, indi Zəngilanın yeni dövrü başlayır və şəhərin baş planı artıq hazırlanır, müasir, çox gözəl bir şəhər qurulacaq. Artıq bəzi binalar hazırdır və çalışacağıq ki, gələn ilin əvvəli, bəlkə də bu ilin sonu zəngilanlıları Zəngilana köçürməyə başlayaq.