• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 836
— 19.10.2021 12:18

Polis toylarda monitorinq keçirib

KepezTV Player

Şəmkir rayon Polis Şöbəsinin əməkdaşları fəaliyyətinə qanuna müvafiq qaydada icazə verilən şadlıq  saraylarında monitorinqlər keçirib. İlk olaraq polis əməkdaşları tərəfindən dəvət olunan qonaqların COVİD-19 pasportu olub-olmaması yoxlanılıb. Araşdırmalar zamanı COVİD-19 pasportu olmayan şəxslər restorana buraxılmayıb. Həftə ərzində yoxlamalar zamanı 200-ə yaxın vətəndaş vaksinasiya olunmadığı üçün mərasimlərə buraxılmayaraq geri qaytarılıb. Polis əməkdaşları eyni zamanda şadlıq saraylarındakı karantin tələblərnə nəzarət edib, sosisal məsafə və digər zəruri tələblərin yerinə yetirilməsini yoxlayıb. *** Davam etdirilən monitorinqlər nəticəsində rayon ərazisindəki “Qoşa Çinar” və “Ceyhun” şadlıq saraylarında keçirilən toy məclisində bəyin COVİD-19 pasportunun olmaması aşkarlanıb və hər bir restoran rəhbərliyi 4000 manat cərimə edilib. Bundan başqa polis əməkdaşları  “Qold Qafqaz”,“Xan Sarayı” şadlıq saraylarında karantin rejiminin pozulmasına görə hər bir birinə 4000 manat, 7 həyət toyunda isə hər birinə 400 manatlıq inzibati protokol tərtib edib. Moniqtorinqlər zamanı mülki öhdəliklə bağlı axtarışda olan şəxs də saxlanılıb.