KepezTV Player
Azərbaycanda ilin əvvəlindən ölkə əhalisinin sayı 25 948 nəfər və ya 0,3 faiz artaraq bu ilin sentyabrın 1-də 10 145 081 nəfərə çatıb. Əhalinin 53 faizini şəhər, 47 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Yanvar-avqust aylarında qeydiyyat şöbələri tərəfindən 36 063 nikah, 11 313 boşanma və 48 633 ölüm halı qeydə alınıb. Doğulan uşaqlar arasında oğlanların xüsusi çəkisi 53,4 faiz, qızların 46,6 faiz olub. Körpələrdən 1 862-si əkiz, 51-i üçəm, 4-ü isə dördəm doğulub.
- Baxış: 432