• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1048
— 17.10.2021 19:20

Tarixin qanlı səhifəsi: Gəncə terroru

KepezTV Player

Günahsız insanların hədəfə alınması. Özü də raket zərbələri ilə. Söylənilməsi, haqqında danışılması nə qədər acı olsa da, hadisənin içərisində olmaq, o dəhşəti yaşamaq, o yaralardan pay almaq bax bu ifadəsi mümkünsüz acı, vahiməsi tükürpədən vəhşətdir. Əməkdaşımız Valeh Anaroğlu həmin kəslərlə həmsöhbət olub. O kəslər ki, 17 oktyabr gecəsinin özlərindən xəbərsiz, taleyin seçib, düşmənin hədəf aldığı günahsızları idilər...

Gəncəyə atılan raket zərbələri nəticəsində zərərçəkən sakinlər hələ də həmin hadisələrin təsirindən çıxa bilmir. Gecə vaxtı yuxuda olarkən hücuma məruz qalmağın şokundan çıxa bilməyən zərəçəkənlər həmin anları hələ də yuxu kimi xatırlayır. Baş verən hadisələri insanlıq , bəşəriyyət əleyhinə yönələn vəhşilik adlandırırlar.

Abidə İmanova və Rübabə Cəfərova da zərərçəkənlər sırasındadır. 50 ilə yaxın bir müddətdə eyni məkanda qonşu kimi yaşayan Gəncə sakinləri hələ də gurultulu səslər eşidərkən qorxu hissi keçirdiklərini etiraf edirlər. Baş verən olaylardan sonra psixoloji sarsıntı keçirərək yarımcan olduqlarını bildirən müsahiblərim həmin anları belə xatırlayırlar.

Bu gün o hadisələri yaşayanlar arasında azyaşlı Gəncə sakinləri də var. O, azyaşlı ki, öz həmyaşıdlarının qətlə yetirilməsini qəbul edə bilmir.  Onun ən böyük arzularından biri hələ də, öz dostları ilə, sinif yoldaşları ilə oynamaqdır.

Vətən müharibəsində döyüş meydanında qəhrəmanlıq göstərən Azərbaycan igidlərinin qarşısında tab gətirə bilməyən erməni qəsbkarları tək çarəni günahsız mülki insanlara hücum etməkdə gördülər. Bunun da cavabını rəşadətli Azərbaycan ordusu layiqincə verdi.

 

Valeh Anaroğlu