• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1700
— 17.10.2021 19:15

Gəncənin 5-ci dəfə raket hücumuna məruz qalmasından bir il ötür

KepezTV Player

İkinci Qarabağ müharibəsi dövründə Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən 5-ci dəfə raket hücumuna məruz qalmasından bir il ötür. 2020-ci ilin oktyabrın 17-də gecə saat 01 radələrində düşmən növbəti dəfə xain və qəddarcasına cəbhə zonasından kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhərini SCUD/Elbrus əməliyyat-taktiki ballistik raketləri ilə atəşə tutub. Düşmənin hücumu zamanı yaşayış evləri tamamilə dağılıb, sakinlər dağıntılar altında qalıb. Nəticədə 15 nəfər şəhid olub, 55-dən artıq şəxs yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib. Şəhid olanlar və xəsarət alanlar arasında azyaşlılar, qadınlar və qocalar da olub. Faktla bağlı Baş Prokurorluq tərəfindən cinayət işi başlanıb. Gəncə terroru barədə xarici işlər naziri Ceyhun Bayramov beynəlxalq təşkilatların rəhbərləri və xarici dövlətlərdəki həmkarları ilə əlaqə yaradıb, beynəlxalq təşkilatları məlumatlandırıb. Ümumilikdə, Gəncə Vətən müharibəsi dövründə 5 dəfə bombalanıb. Belə hücumlar nəticəsində 26 mülki şəxs həlak olub, 175 nəfər isə xəsarət alıb.