• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1616
— 16.10.2021 22:14

Sabaha bu gündən başlayanlar

KepezTV Player

Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə 5-ci Qrant Müsabiqəsinin qalibi olan “Sabaha bu gündən başla” layihəsinin icra planına uyğun olaraq təlimlərə start verilib. 26 saylı orta məktəb-liseydə şagirdlər arasında aparılan seçimlərin nəticələrinə əsasən 20 məktəbli layihəyə cəlb olunub. Seçilən şagirdlər üçün dekabrın 15-nə kimi 21-ci əsrin təlim metodlarından yararlanmaqla dərslər təşkil ediləcək. Layihənin məqsədinə uyğun olaraq şagirdlər verilən tapşırıqları araşdırma formasında, bir-biri ilə əməkdaşlıq edərək müzakirəli şəkildə yerinə yetirəcəklər. Layihə yönümlü, problem yönümlü tapşırıqlar şagirdlərdə özünəinam yaradacaq, araşdırma qabiliyyətini inkişaf etdirəcək, onlar vaxtlarını boş deyil, daha səmərəli bilik və təcrübə qazanaraq keçirəcəklər. Layihənin ingilis dilində olması şagirdlərin xarici dil bacarıqlarına yiyələnməsinə yönələn dəstəkdir.