• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 721
— 16.10.2021 22:11

Tələbələrə media təlimi keçirilib

KepezTV Player

Gəncə Dövlət Universitetinin Almaniyanın IDEM - Demokratiya, Media və Mədəni Mübadilə İnstitutu ilə əməkdaşlığı çərçivəsində “Tələbə Mediası” adlı təlim təşkil olunub. Universitetin müxtəlif ixtisaslardan olan 15 nəfər 2-ci və 3-cü kurs tələbəsi alman və yerli təlimçilər tərəfindən adiyyatı üzrə təlimatlandırılıb.

Almaniya Xarici İşlər Nazirliyinin Şərq Tərəfdaşlığı layihəsi çərçivəsində maliyyələşdirilən təlim alman və yerli təlimçilər tərəfindən reallaşdırılıb. Tələbələrdə media və jurnalistikaya olan marağın artırılması və onları maraqlandıran sualların cavablandırılması  məqsədi daşıyan təlimin Gəncə mərhələsi  3 gün davam edib.

Vasif Həsənov İnnovasiyalar Departamentinin direktoru:Tədbirdə iştirak etmələri üçün tələbələrə hansı fakultələrdə olması ilə bağlı heç bir tələb yox idi. Ona görə tələbələr müstəqil şəkildə iştirak etmişdilər.157 nəfər tələbənin müraciəti qeydə alınmışdır və onlar arasından bizim tərəfimizdən keçirilən müsabiqə nəticəsində 15 nəfər tələbə cəlb olunmuşdur ki, bu tələbələrdə riyaziyyat, filalogiya, tarix- coğrafiya, iqtisadiyyat və idarəetmə  fakultəsindən olanlar var.

Tələbələrə öz medialarını yaratmağa və fotojurnalistikanın sirlərini aşılamağa köklənən proqram iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Ulrike Butmaloiu alman təlimçi, jurnalist: Tərcüməsi- Mən almaniyada jurnalist və media təlimçisi kimi fəaliyyət göstərirəm. Biz Gəncədəki 3 günlük layihəmizdə tələbələrə media vərdişlərini öyrətməyə başladıq və bu günlər ərzində heç bir media təcrübəsi olmayan müxtəlif fakultələrdən olan tələbələrlə işlədik . Tələbələrə həm foto həm mətn həm də video interviyular götürmək üçün vərdişləri başa saldıq. Və biz onlardan çox razıyıq, cəmi 3 gün ərzində praktiki məşğələlərlə bütün tapşırıqları həyata keçirdilər. Şəkil çəkmək, alt yazıları yazmaq, interviyular götürmək bütün bu işləri çox həvəslə elədilər

Jalə Nuri iştirakçı:Burda təlimçilər sayəsində 3 gün ərzində ümumi bir məlumat aldıq ki, necə müsahibə götürmək lazımdır, sosial mediada şəkillər, videolar necə paylaşılmalıdı və yaxud onların çəkimi zammanı nələrə diqqət olunmalıdı biz bunları öyrəndik.

Pandemiya qaydalarına uyğun keçirilən “Tələbə Mediası” təlimin növbəti mərhələsinin Mingəçevir və Lənkəran Dövlət universitetlərində keçiriləcək.

Aişə Rzayeva