• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2051
— 16.10.2021 21:50

Şəhid şagirdlər anılıb

KepezTV Player

Ötən ilin oktyabırın 17-də ermənilərin Gəncəyə atdığı raket zamanı şəhid olan şagirdlər oxuduqları məktəbin kollektivi tərəfindən anılıb. İkinci Qarabağ müharibəsi dövründə Gəncə şəhəri ermənistanın faşist rejimi tərəfindən bombalanaraq terorra məruz qalıb. Mülki şəxslərin hədəfə alındığı 5-ci raket hücumu zamanı evlər, ticarət obyektləri dağılıb, 15 nəfər həlak olub. Şəhid olanlar arasında 29 nömrəli orta məktəbin birinci sinif şagirdi Məryəm Xəlili, altıncı sinif şagirdi Orxan Xəlili, səkkizinci sinif şagirdi Artur Mayakov və onuncu sinif şagirdi Nigar Əsgərova da var. Tədbirdə şəhid şagirdlərə həsr olunan Əbədi məzun adlı qısametrajlı film nümayiş olunub.