• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1973
— 16.10.2021 21:50

İranın əsl siması və niyyəti

KepezTV Player

Azərbaycan ordusunun İranla olan bütün sərhəd zolağını işğalçılardan təmizləyərək vəziyyətə hakim olması, hərbi baxımdan İran-Ermənistan münasibətlərini nəzarət altına saxlayacaq coğrafi  mövqeləri Ermənistandan geri alması,  qlobal və regional güc dəyişimi baxımından strateji mahiyyəti görünür İran dövlətini qane etmir. Rəsmi Tehran Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda yeni bir geosiyasi rol oynamaq istəyirsə, xarici siyasətini milli maraqlara hörmət və qonşuları ilə gərginliyi azaltmağa yönələn formada qurmalıdır.

Əsl simasi və niyyəti Vətən müharibəsində Azərbaycanın qazandığı Qələbədən sonra ortaya çıxan İran. İşğal dövründə Qarabağda vətəndaşlarımıza məxsus yaşayış evlərindən tikinti materiallarını və digər əşyaları daşıyan İran. Bir vaxtlar Azərbaycan torpaqlarında narkotik bitkilərinin əkilməsindən tutmuş trafikinə qədər əli olan İran. Şuşadakı məscidi farslaşdırmağa çalışan İran. Bir sözlə, bizə dost, qardaş, din mənsubluğundan dən vuran, amma altdan-altdan müsəlmana qənim kəsilənlə əlbir olan islam adındakı dövlətin uyğunlaşmayan əməli. Sadalanan əməllərinə görə, Azərbaycandan üzr istəmək əvəzinə, uydurma ittihamlarla çıxış edən cənub qonşumuzu suverenliyimizin bərpa edilməsi görünür əməlli-başlı sirkələyib. Axı niyə də yox. Faktlar da bunu sübuta yetirir. Azərbaycan gömrükçüləri tərəfindən 2020-ci ilin noyabr ayından 2021-ci ilin oktyabr ayına qədər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 46 fakt aşkar edib. Bu faktlar üzrə ümumilikdə 1 ton 675 kq 418 qram narkotik və psixotrop maddələr qanunsuz dövriyyədən çıxarılıb. Bu torpaqlarımızın İran və erməni narkobaronlarının əsas qazanc mənbələrindən birinə çevrildiyinin sübutları sırasında yer alan qısa xatırlatmadır. İllər boyunca Qarabağa, Azərbaycan ərazisi ilə Ermənistana reallaşdırılan qanunsuz yükdaşımalardan tutmuş narkotiklərin qeyri-qanuni dövriyyəsinə qədər olan hadisələrə İran müxtəlif don geyindirməyə çalışsa da, başını bağlaya bilmir ki, bilmir. Bilinən isə birdi - Azərbayan Vətən müharibəsində dostlarını da, düşmənlərini də bir daha yaxından tanıdı. Müsəlman həmrəyliyindən dəm vuran, dəfələrlə riyakarcasına ölkəmizin ərazi bütövlüyünü tanıdığını bəyan edən İran təəssüf ki, birincilərin sırasında görsənmədi. İran axı necə bizə dost və qardaş ola bilər? Düşmənimizlə əməkdaşlıq edib, ölkəmizə qarşı hörmətsizlik edən islam dövləti bizim necə din qardaşımız ola bilər?

Naqif Həmzəyev millət vəkili: İranın Azərbaycana qarşı bu münasibəti birmənalı qarşılanmır. İran müasəlman dövlətidir. İranda 40 milyondan çox azəri türkü yaşayır. Iranın işğal altında olan Azərbaycan torpaqlarında bu əməlləri Ermənistanla birgə törətməsi istər-istəməz bizi narahat edən və qıcıqlandılran məsələdir.

Bu gün İranın Azərbaycana qarşı ermənipərəst mövqeyi çılpaq şəkildə ortadadır. “Müsəlmanın ən yaxın dostu elə müsəlmandır” ideologiyasından uzaq düşən rəsmi Tehrannın Azərbaycanın dostcasına uzadılan əlini geri çevirirməsi isə rəsmi Bakının təmkinini pozmur. Qonşuluğu, ortaq tarixi kökləri unutdurmur, ittihamlara yüksək diplomatik etika, ciddi arqumentlərlə cavab verir.

İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti:Şuşa şəhərində işğala qədər mövcud olan 17 məsciddən 16-sı Ermənistan tərəfindən dağıdılıb. Bir məscid “tolerantlıq” nümayiş etdirmək üçün saxlanılıb və İrandan olan qondarma mütəxəssislərin köməyi ilə onu fars məscidi kimi təqdim etməyə cəhd göstərilib. Evlər və ictimai binalar kərpic-kərpic, daş-daş sökülüb, Ermənistana və İrana satılıb. Azərbaycan ərazilərində vandalizmin izləri belədir. Təbiətə çox böyük ziyan vurulub, 60 min hektara yaxın meşə qırılıb, doğranıb, Ermənistana və İrana satılıb.

Azərbaycan İranla dövlət sərhədinin təqribən 30 il müddətində Ermənistanın nəzarəti altında olmuş 130 kilometrlik hissəsində nəzarəti ötən bir ildə bərpa edib və beləliklə, İrandan Azərbaycanın Cəbrayıl rayonundan keçməklə Ermənistana və daha sonra Avropaya narkotrafik marşrutunu bağlayıb. Azərbaycan-İran sərhədinin digər sahələrində bizim tutub saxladığımız heroinin həcmi əvvəlki illərin müvafiq dövrü ilə müqayisədə iki dəfə artıb. Bu, o deməkdir ki, təqribən 30 il müddətində Ermənistan İranla əlbir olaraq Azərbaycanın o vaxt işğal altındakı ərazilərindən Avropaya narkotrafik üçün istifadə edib.

İndi Azərbaycan 30 il öncəki ölkə deyil. Uzaqgörən lideri, güclü ordusu, istənilən an dəmir yumruğa çevrilə bilən xalqı var. Son 1 ildə baş verənlər isə sübut elədi ki, belə bir ölkəyə diş qıcamaq yox, əl uzatmaq lazımdır.