• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1388
— 16.10.2021 21:41

Diplomatik korpus təmsilçiləri Suqovuşan və Talışda olublar

KepezTV Player

Xarici ölkələrin Azərbaycandakı diplomatik korpus təmsilçiləri Tərtər rayonunda səfərdə olublar. Səfər çərçivəsində diplomatlar erməni işğalından azad ediləndən sonra rayonun Suqovuşan və Talış yaşayış məntəqələrində aparılan bərpa və yenidənqurma işləri ilə tanış olublar.Onlara işğal dövründə ermənilərin törətdikləri vandalizm aktları ilə bağlı məlumatlar verilib.Səfər zamanı diplomatları müşayiət edən  Prezidentin köməkçisi Hikmət Hacıyev son günlər artan erməni silahlı dəstələrinin çirkin əməllərindən danışıb.Son təxribatın Azərbaycan və Ermənistan Xarici İşlər Nazirlərinin Minskdəki görüşü zamanı törədildiyini deyən adminstrasiya rəsmisi bildirib ki,bu kimi addımlar Rusiya sülhməramlılarının fəaliyyətinə kölgə salmaq məqsədi daşıyır.

Hikmət Hacıyev  Prezidentin köməkçisi: Azərbaycan tərəfindən bütün qətiyyətli addımlar atılacaq. Ermənistan tərəfindən hər hansı bir terror və təxribat əməli törədildiyi təqdirdə onun qarşısı qətiyyətlə alınacaq. Digər tərəfdən də Ermənistan hesab edirik ki, bu kimi terror-təxribat əməllər törətməklə Rusiya sülhməramlılarının fəaliyyətinə şübhə gətirmək və onların fəaliyyətinə kölgə salmaq kimi məqsədlər güdürlər.

Azərbaycan regionda mehriban qonşuluq münasibətlərinin tərəfdarıdır

Hikmət Hacıyev əlavə edib ki, bəzən Azərbaycana qarşı əsassız, heç bir mahiyyəti və məntiqi olmayan ittihamlar irəli sürülür. Bu da rəsmi Bakı üçün qəbuledilməzdir. Bununla belə Azərbaycan regionda mehriban qonşuluq və qarşılıqlı münasibətlərin tərəfdarıdır.

Hikmət Hacıyev  Prezidentin köməkçisi: Azərbaycan və İran qonşu dövlətlərdir. Azərbaycan respublikası da həmişə mövqeyini biz qonşularla qarşılıqlı hörmət, daxili işlərə qarışmamaq prinsipləri əsasında, birdə hər hansı bir qarşılıqlı iddihamlara son qoyula biləcək bir formada münasibətlərin qurulmasının tərəfdarıyıq.

Tərtərdə “Smerç”lə dağıdılan ev açıq havada muzey kimi saxlanılacaq

Diplomatik korpus nümayəndələri ötən il Tərtərdə Ermənistan silahlı qüvvələri tərəfindən atılan “Smerç” raketi ilə dağıdılan evdə olublar. Rayonda 40 yaşayış məntəqəsi zərər görüb, 58 fərdi yaşayış evi, 2 ictimai obyekt tamamilə dağıdılıb.Dağıdılan evin sahibi, Kəlbəcərin Susuzluq kəndindən olan məcburi köçkün evinin ötən olin oktyabrında dağıdıldığını deyib. İcra başçısı bu evin sahibinin yeni evlə təmin olunduğunu deyərək, dağıdılan evin isə açıq havada muzey kimi saxlanılacağını vurğulayıb.