• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 715
— 16.10.2021 15:14

Avtomobillərdə dəyişiklik edən sürücülər cərimələndi

Göygöl Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları yollarda hərəkətin təhlükəsizliyinin təmin edilməsi və baş verə biləcək qəzaların qarşısının alınması ilə əlaqədar nəzarət-profilaktik tədbirləri davam etdirir. Aparılan monitorinqlər zamanı bir neçə  “Lada” və  “VAZ” markalı avtomobil sahiblərinin qanunsuz olaraq nəqliyyat vasitələrində konstruksiya dəyişiklik etməsi, sürücülük hüququ olmadan minik vasitəsinin idarə olunması aşkar edilib. Bundan başqa araşdırmalar zamanı bəzi sürücülərin rayon ərazisində təhlükəli manevrlər edərək ictimai-asayişi nümayişkəranə şəkildə pozması və bununla da vətəndaşların haqlı narazılığına səbəb olması aşkar edilib. Həmin sürücülər ilə asayiş keçikçiləri bir daha profilaktiki söhbətlər aparıb, onlara yol hərəkəti haqqında qanunun tələbləri barədə məlumat verilib, barələrində protokol tərtib edilərək inzibati məsuliyyətə cəlb olunublar.