• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 715
— 13.10.2021 20:08

Şəhid ailələri və qazilərin mənzil şəraiti yaxşılaşdırılır

KepezTV Player

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Samux rayonunda şəhid ailələri və müharibə əlillərinə təqdim edilən yeni çoxmənzilli yaşayış kompleksinə mediatur təşkil edilib. KİV nümayəndələri kompleksdə müvafiq kateqoriyalardan olan sakinlərə təqdim edilən mənzillərdə yaradılmış şəraitlə yaxından tanış olublar.

Samux rayonundakı yeni çoxmənzilli yaşayış kompleksi 9 binadan ibarət olmaqla 200 mənzillidir. Müasir tələblərə uyğun infrastrukturun yaradıldığı kompleksdə məktəb binası, 50 yerlik bağça, klub icma mərkəzi, 2 idman meydançası, tibb məntəqəsi də var. Bütün bunlar şəhid ailələri və qazilərin məişət şəraitinin yaxşılaşdırılması üçün nəzərdə tutulub. Bu da öz növbəsində onları sevindirir.

Şəhid Elyarbəy Məmmədovun da ailəsi bu gün qürurludur. Qürurludur ona görə ki, o vətən torpaqlarının bütövlüyü uğrunda canından keçib. Ailə mənzillə təminatı dövlət tərəfindən xüsusi qayğının növbəti təzahürü kimi qiymətləndirir.

Şəhid və qazi övladlarının yüksək səviyyədə təhsil alması üçün kompleksdə müvafiq şərait yaradılıb, 144 şagirdlik müasir məktəb binası onların ixtiyarındadır.

Təkcə 2021-ci ildə şəhid ailələri və müharibə əlillərinə 2018-ci ilə nisbətən 5 dəfə çox olmaqla, üç min mənzil və fərdi evin verilməsi nəzərdə tutulub.

Kompleksin ərazisində inşa olunan bütün mərkəzlər zəruri avadanlıqlarla təchiz edilib, sakinlərin onlardan rahat istifadəsi üçün hər cür şərait yaradılıb. Şəhid ailələri və qazilərin mənzil və fərdi evlə təminatı proqramı bu qəbildən olan insanların rifah halının yüksəldilməsinə hesablanıb.

 

Valeh Anaroğlu