• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1723
— 13.10.2021 20:03

Vətən müharibəsinə həsr edilən sayt istifadəyə verilib

KepezTV Player

Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanan www.44days.info saytının təqdimatı keçirilib. Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə fondun şöbə müdiri Cəmil Əliyev 8 başlıqdan ibarət olan portalın 44 günlük Vətən müharibəsinin salnaməsini Azərbaycan, rus və ingilis dillərində izləyicilərə çatdırdığını qeyd edib. Portalda Ali Baş Komandan İlham Əliyevin xalqa müraciətləri, müxtəlif beynəlxalq media qurumlarına müsahibələri və digər tədbirlər yer alıb. Həmçinin, Müdafiə Nazirliyinin rəsmi açıqlamaları, Ermənistan silahlı qüvvələri tərəfindən mülki əhaliyə qarşı hücumlarla bağlı məlumatlar əksini tapıb. Saytın əsas səhifəsində Vətən müharibəsinin hər günü və Ermənistanın kapitulyasiyasını ifadə edən üçtərəfli bəyanat yer alıb. Bundan başqa, müharibənin hər günü ayrıca bölmələrdə təqdim edilir.