KepezTV Player
Göygöldə karantin qaydalarını pozan şadlıq evinin rəhbərliyi məsuliyyətə cəlb olunub. Göygöl Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə rayon ərazisində təşkil olunan toy mərasimi zamanı karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib. Aparılan yoxlamalar zamanı rayon ərazisində fəaliyyət göstərən şadlıq sarayında təşkil edilən toy mərasimi ilə bağlı məlumatların "icaze.e-gov.az" portalında qeydiyyatdan keçirilməməsi müəyyən olunub. Həmin obyektin sahibi 4 000 manat məbləğində cərimə edilib.
- Baxış: 347