KepezTV Player
Gəncə Futbol Veteranları Birliyi erməni terroru nəticəsində dağılmış ərazini ziyarət edib. Birliyin üzvləri hadisə zamanı şəhid olanları yad etmək üçün sözügedən məkana tər qərəniflər düzüb, ruhlarına dualar oxuyublar. Ermənistan silahlı qüvvələrinin raket atəşinə məruz qalan binalarda zərərçəkən sakinlərdən 3-ü veteran futbolçu olub. Evləri dağılan, özləri və ailə üzvləri xəsarət alan keçmiş oyunçular Emin Mustafayev, Sahil Abdullayev və Samir Allahverdiyevdir. Hər 3 futbolçu vaxtilə "Kəpəz"in heyətində oynayıb.
- Baxış: 383