• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 974
— 12.10.2021 12:31

“Təmiz hava” aylığında "təmizlikdən" uzaq olanlar

KepezTV Player

Gəncədə "Təmiz Hava" aylığı çərçivəsində nəqliyyat vasitələrinin sazlığı yoxlanılır. Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin keçirdiyi yoxlamalar zamanı normativlərə uyğun gəlməyən avtomobillər müəyyən edilib. Reydin keçirilməsində məqsəd, atmosfer havasının avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrlə çirklənməsinə nəzarətin gücləndirilməsi və təqsirkar şəxslər barəsində inzibati qaydada tədbirlərin görülməsi olub. Təhlükəsizlik tədbirləri zamanı avtomobillərin mühərriklərinin ixrac etdiyi dəm qazı xüsusi qurğu ilə yoxlandıqdan sonra, sahibləri haqda müvafiq qaydada qərar qəbul edilib və belə sürücülərə cərimə protokolu yazılıb. Onlara tələblər və qaydalar da izah olunub.