Azərbaycan Kənd Qadınları Asossasiyasının Tovuzda regional konfransı və ərzaq sərgisi keçirilib. Ağdam, Gədəbəy, Goranboy, Tovuz, Qazax, Beyləqan və Ağstafa kimi fərqli rayonlardan gəlsələr də, qadınları birləşdirən əzmkarlıq, böyük zəhmət, əlinin ləzzətini yalnız ailəsinə-çevrəsinə deyil, ölkəsinə tanıtdırmaq istəyi kimi cəhətləri olub. Kənd qadınları ziyarətçilərini gətirdikləri təbii kənd təsərrüfatı məhsulları və ərzaqlarla zəngin sərgi-satış meydanında sevindirib, onlarla öz təcrübələrini bölüşüblər. Konfrans BMT-nin Kənd Təsərrüfatı və Ərzaq Təşkilatı, USAID təşkilatı, Kənd Təsərrüfatı Nazirliyi, Aqrar Kreditlər və İnkişaf Agentliyi və Azərbaycan Kənd Qadınları Assosiasiyasının tərəfdaşlığı ilə həyata keçirilir. Tədbirə həmçinin regionda fəaliyyət göstərən Qadın İnkişaf və Müəssisə Qruplarının nümayəndələri də qatılıb. Azərbaycan Kənd Qadınları Assosiasiyası kəndlərdə yaşayan aztəminatlı işsiz qadınların bir araya gələrək qrup biznesi yaratmasını istiqamətləndirən qurumdur.
- Baxış: 413