• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1455
— 11.10.2021 16:18

Nazir komanda-qərargah təliminin gedişatı ilə tanış olub

KepezTV Player

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Hərbi Dəniz Qüvvələrinin komanda-qərargah təliminin gedişatı ilə tanış olub. Komanda qərargah təlimində Xəzər dənizinin Azərbaycana məxsus sektorunda enerji infrastrukturlarının mühafizə və müdafiəsi üzrə xəritə üzərində tapşırıqlar icra ediləcək. Təlimin əsas məqsədi komandirlərin və qərargah zabitlərinin döyüşün təşkili və aparılması zamanı yaranmış müxtəlif şəraitdə çevik qərar qəbul etmə və mövcud qüvvələrin səmərəli tətbiqi üzrə praktiki vərdişlərinin təkmilləşdirilməsi, o cümlədən şəxsi heyətin bilik və bacarığının artırılmasıdır.