• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1699
— 10.10.2021 20:34

Pandemiya və yol hərəkət qaydalarını pozanlar cərimələndilər

KepezTV Player

Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları növbəti dəfə reyd təşkil ediblər. Bu dəfəki yoxlamalar ictimai nəqliyyat sürücülərinin pandemiya qaydalarına əməl etməsi ilə bağlı olub. Eləcə də avtomobildə təhlükəsizlik kəməri və xəbərdaredici işıqlardan istifadə etməyənlər yoxlanılıb. Yol polisləri ictimai nəqliyyatı idarə edən sükan sahiblərinin koronavirus infeksiyasına qarşı 2-ci doza peyvənd olunmaları ilə bağlı vaksin pasportlarını, eləcə də tibbi maskadan istifadə etmələrini yoxlayıb. Qaydalara riayət etməyənlər inzibati qaydada məsuliyyətə cəlb olunublar. Təhlükəsizlik kəməri taxmayan və dönmə əməliyyatı yerinə yetirərkən xəbərdaredici işıqları yandırmayan sürücülərə qarşı da protokol tərtib edilib. Ümumilikdə 12 sükan sahibi cərimələnib.