• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1585
— 09.10.2021 19:52

Sahibkar qadınlar Qarabağda layihələr həyata keçirəcək

KepezTV Player

Sahibkar qadınlar 44 günlük vətən müharibəsi zamanı işğaldan azad edilən Qarabağda yeni layihələrlə fəaliyyət göstərmək istəyir. Bunun üçün müvafiq qrumlara müraciətlər də olunub. Bununla bərabər xarici sahibkar qadınları da bu təşəbbüsə qoşmaq planlaşdırılır.

Respublika “Sahibkar Qadınlar” İctimai Birliyi bu təşəbbüsünə ilkin olaraq ölkədən 50-ə yaxın zərif cinsin nümayəndəsi qoşulub. Faəliyyətlərini genişləndirmək niyyətində olan sahibkar qadınlar Gəncədə reallaşan görüşdə Qarabağda çalışmaq istədikləri sahələr üzrə təkliflərlə çıxış ediblər. Sahibkarlığın inkişafı üçün yaradılan şəraitdən irəli gələrək istehsal, kənd təsərrüfatı, xidmət kimi sektorlar daha maraqlı fəaliyyət sahələri kimi görünür.

İctimai Birlik bu prosesə xaricdən olan qadın iş adamlarını da cəlb etmək niyyətindədir. 15 ölkə ilə qurulan əməkdaşlıq nəticəsində əcnəbi sahibkar xanımlar da Qarabağda öz işlərini qura biləcəklər.

İlin əvvəlindən indiyə kimi 4 layihə həyata keçirən “Sahibkar Qadınlar” İctimai Birliyi yaxın vaxrlarda Qarabağda bunun davamını gətirməyi planlaşdırıb. 8 min üzvü olan birliyin 70 faizi gənc xanımlardır ki, bu xanımlarından 1000-ə yaxını qərb bölgəsindəndir.

 

Elnur Vahidoğlu