• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1464
— 09.10.2021 19:59

Prezident Hadruta və Tuğa səfər edib

KepezTV Player

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xocavənd rayonunun Hadrut qəsəbəsinə və Tuğ kəndinə səfər edib. Dövlətimizin başçısı Hadrut qəsəbəsində yeni məscidin təməlini qoyub, Hadrut-Cəbrayıl-Şükürbəyli, Tuğ-Hadrut və Füzuli-Hadrut yollarında aparılan tikinti işləri ilə tanış olub, 35 kilovoltluq yeni “Hadrut” yarımstansiyasının təməlini qoyub. Sonra Prezident İlham Əliyev Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb, daha sonra onlarla birlikdə Tuğ kəndinə gedib.