• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1183
— 09.10.2021 16:20

Nizami ili çərçivəsində ümumşəhər tədbiri keçirilib

KepezTV Player

Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən bu il ölkədə dahi şair, böyük mütəffəkir Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar olaraq “Nizami ili” elan olunub.   Bu münasibətlə Gəncədə sənət nümunələri nümayiş olunub, dahi şairin xatirəsinə həsr olunmuş kompozisiyalar təqdim olunub.

Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar olaraq Gəncədə ümumşəhər tədbiri keçirilib. “Nizami ili” münasibətlə reallaşan tədbirin iştirakçıları Nizami Gəncəvinin heykəlinin qarşısına gül dəstələri düzüblər. Daha sonra Cavad xan küçəsində dahi şairin yaradıcılığına həsr olunan sərgiyə baxış olub.

Tədbir Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Gəncə Regional Mədəniyyət İdarəsinin və Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə baş tutub. Tədbirdə Gəncə Dövlət Kukla Teatrının, Gəncə şəhər Uşaq İncəsənət, Uşaq Rəssamlıq Məktəblərinin, o cümlədən Gəncə Dövlət Rəsm Qalereyasının hazırladığı sənət əsərləri nümayiş etdirilib. Müxtəlif kompozisiyalar iştirakçılara təqdim olunub.

Tədbirin sonunda Gəncə Dövlət Filarmoniyasının musiqiçiləri konsert proqramı ilə çıxış ediblər.

 

Valeh Anaroğlu