• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2050
— 07.10.2021 20:15

Almaniya səfiri Gəncəyə səfər edib

KepezTV Player

Almaniya səfiri Volfqanq Maniq Gəncəyə səfər edib. Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşdə diplomata Gəncənin tarixi, bu günü, şəhərdə gedən inkişaf barədə ətraflı məlumat verilib. **Səfir Vətən müharibəsi dövründə Ermənistan tərəfindən Gəncənin raket atəşinə tutulması nəticəsində dağılan ərazilərə baş çəkib, günahsız mülki insanlara qarşı həyata keçirilən cinayətlərin nəticələri ilə yerində tanış olub. Vurğulanıb ki, Gəncə müharibə dövründə ümumilikdə 8 dəfə Ermənistan tərəfindən ağır artilleriya və raket hücumuna məruz qalıb. Dinc sakinlərin sıx yaşadığı ərazilərə edilən hücumlar nəticəsində 1 körpə, 5 uşaq və yeniyetmə, 10 qadın olmaqla 26 dinc sakin həlak olub, 120-dən çox insan yaralanıb. Həmçinin 20-dən artıq ev tamamilə dağılıb, 100-dən çox ev və bir o qədər də obyektə ciddi ziyan dəyib. **Volfqanq Maniq Gəncəyə səfəri çərçivəsində Nizami məqbərəsində də olub. Səfirə anadan olmasının 880 illiyi qeyd olunan dahi Nizami Gəncəvinin zəngin ədəbi irsi barədə məlumat verilib