KepezTV Player
Gəncədə şəhidlərin əziz xatirəsinə həsr olunan “Zəfər yolçuları” adlı qısametrajlı filmin təqdimatı baş tutub. Filmdə ermənilərin atdığı raket hücumları nəticəsində dağılan 29 saylı məktəbin ibtidai sinif şagirdləri iştirak ediblər. Senari müəllifi həmin məktəbin ibtidai sinif müəllimi Əminə Kazımlı, rejissoru Elçin Rəhimoğlu olan film şəhidlərin ruhuna ehtiram, xatirəsinə hörmət, haqq savaşımızda qəhrəmanlıq göstərənləri şagirdlərə daha yaxından tanıtmaq məqsədilə çəkilib. Qısametrajlı filmin təqdimat mərasiminə şəhər rəsmiləri, təhsil şöbəsinin nümayəndələri, şəhid ailələri və qazilər iştirak ediblər.
- Baxış: 705